PDF Oxu

Dünya

  • 10

Peru həbsxanasından 44 məhbus qaçıb

Peru həbsxanasından 44 məhbus qaçıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 30-da Perunun şimalında yerləşən "San Hunberto de Vaqua Qrande" həbsxanasından 44 məhbus qaçmışdır.
Hadisə bu cür baş vermişdir. Səhər tezdən bıçaqla silahlanmış məhbuslar iki mühafizəçiyə hücum etmişlər. Bundan sonra onlar mərkəzi darvazadan çıxmağa müvəffəq olmuşlar. Polisin məlumatına görə, məhbuslar mühafizəçilərdən birini girov götürmüş və onun avtomatını əlindən almışlar.
Polis məhbusların ələ keçirilmələri üçün genişmiqyaslı əməliyyata balamışdır. Hökumət Amazonka sahillərində yaşayın qəbilələrə müraciət edib, onlardan məhbuslara kömək etməməyi xahiş etmişdir.

Digər xəbərlər