PDF Oxu

Dünya

  • 16

İsrail hökuməti vətəndaş andı haqqında qanun layihəsini qəbul etməyib

İsrail hökuməti vətəndaş andı haqqında qanun layihəsini qəbul etməyib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsrail hökuməti "İsrail evimizdir" partiyasının təklif etdiyi dövlətə sədaqət andı haqda qanun layihəsini qəbul etməmişdir. Nazirlər kabinetinin səkkiz üzvü qanun layihəsinin əleyhinə, üç nəfər isə lehinə səs vermişdir. Yaxın vaxtlarda qanun layihəsi baxılmaq üçün parlamentə təqdim ediləcəkdir. Ancaq deputatların onu dəstəkləməsinə az ehtimal var.
"İsrail evimizdir" partiyasının lideri ölkənin xarici işlər naziri postunu tutmuş Avdiqor Liberman belə hesab edir ki, "yəhudi, sionist və demokratik dövlətə" sədaqət andı içmək hər bir vətəndaşın borcu olmalıdır. Onun fikrincə, 18 yaşına çatmış hər bir İsrail vətəndaşı yalnız bu andı içdikdən sonra şəxsiyyət vəsiqəsi ala bilər.
Dövlətə sədaqət andı içmək İsrail əhalisinin beşdə birini təşkil edən ərəb mənşəli əhalinin xoşuna gəlməmişdir. Qanunun qəbul ediləcəyi təqirdə, ondan imtina etmək İsrail vətəndaşlığından məhrum olmaq demək olardı.
Fevralda keçirilən Knesset seçkilərində ultrasağ "İsrail evimizdir" partiyası üçüncü yer tutmuşdur. Dövlətə sədaqət andı içmək məsələsini A.Liberman özünün seçkiönü kampaniyasında qəbul etmişdi.

Digər xəbərlər