PDF Oxu

Dünya

  • 18

ABŞ İsrailə zərbə vertolyotları satmaqdan imtina edib

ABŞ İsrailə zərbə vertolyotları satmaqdan imtina edib
"Vorld Tribune" qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obama administrasiyası İsrailin əlavə "AN-64D Apaçi Lonqbov" zərbə vertolyotları istəyini rədd etmişdir. ABŞ rəhbərliyi belə hesab etmişdir ki, İsrailə zərbə vertolyotlarının satışı Qəzza bölgəsinin dinc sakinlərinin təhlükəsizliyini təhdid edə bilər.
Qəzetin məlumatına görə, ABŞ prezidenti administrasiyasına yaxın olan mənbə bildirmişdi ki, İsrailin iştirakı ilə Qəzza bölgəsində aparılmış son silahlı hərbi konflikt zamanı "Apaçi" zərbə vertolyortlarından geniş surətdə istifadə edilmişdi. İsrailin Fələstin ərazisinə hücumu Qəzza bölgəsinin dinc sakinlərinin çoxsaylı qurbanlar verməsinə səbəb olmuşdu. ABŞ administrasiyasının İsrailin xahişini rədd etməsinə məhz bu amil başlıca təsir etmişdi.
Mənbənin məlumatına görə, İsrail hökuməti öz ordusunun imkanlarını daha da gücləndirmək, ənənəvi antiterror əməliyyatları keçirmək üçün 6 ədəd "Apaçi" zərbə vertolyotu almaq istəyirdi. 2006-cı ildə İsrail ordusu Livanda döyüşlər apararkən 2 "Apaçi" vertolyotu itirilmişdi.
İsrailin hərbi-hava qüvvələri əlavə olaraq xahiş edirdi ki, "Apaçi" vetolyotları üzərinə "Spike ER" idarəolunan tank əleyhinə raketlər bərkidilsin. Həmin raketlərin atəş hədəfi 8 kilometrdir və bəzi Avropa vertolyotlarında istifadə edilir.

Digər xəbərlər