PDF Oxu

Dünya

  • 11

“HƏMAS” hərəkatı döyüşkən qanadının lideri məhv edilib

“HƏMAS” hərəkatı döyüşkən qanadının lideri məhv edilib
"Haaretz" qəzetinin yazdığına görə, İsrailin xüsusi xidmət orqanı əməkdaşları "HƏMAS" hərəkatı döyüşkən qanadının liderini məhv etmişlər. Nəşrin məlumatına görə, "HƏMAS"-ın döyüşkən qanadına İordan çayının Qərb sahilində rəhbərlik etmiş Əbd əl-Məcid Dudin Hevron şəhəri yaxınlığında yerləşən kənddə qətlə yetirilmişdir.
İsrailin xüsusi xidmət orqanı əməkdaşları əl-Məcid Dudinin kəndəki evini mühasirəyə almış və ondan təslim olmağı tələb etmişlər. O, cavab olaraq polisi atəşə tutmuş və bundan sonra cavab atəşi ilə qətlə yetirilmişdi. Polislərin xəsarət almadıqları bildirilir.
"Haaretz" qəzetinin məlumatına görə, əl-Məcid Dudin 1995-ci ildə Yerusəlimdə avtobusun partladılmasının təşkilatçısı hesab edilir. O vaxt avtobusda 3 nəfər ölmüşdü. Əl-Məcid həmin ildə Ramat Qan şəhərində partlayış törətmiş və nəticədə 6 nəfər ölmüşdü.

Digər xəbərlər