PDF Oxu

Dünya

  • 6

ABŞ və Yaponiya Şimali Koreya üzrə əsasnamə layihəsi təqdim ediblər

ABŞ və Yaponiya Şimali Koreya üzrə əsasnamə layihəsi təqdim ediblər
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, BMT TŞ-nin daimi üzvləri, eləcə də, Yaponiya və Cənubi Koreya Şimali Koreya üzrə yeni əsasnamə layihəsinin müzakirəsinə başlamışlar. Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa, Cənubi Koreya, Yaponiya səfirlərinin məsləhətləşmələri bağlı qapılar arxasında keçirilmişdir. ABŞ və Yaponiya tərəfindən hazırlanmış yeni əsasnamə layihəsinin təfərrüatı haqda məlumat verilmir. Məlum olan odur ki, Şimali Koreyanın mayın 25-də keçirdiyi nüvə sınağı kəskin surətdə ittiham ediləcəkdir. Bundan, başqa əsasnamə layihəsində dünya ictimaiyyətinə müraciət olunaraq, BMT TŞ-nin 1718-ci əsasnaməsinin tələblərinə əməl edilməsi təsdiqini tapacaqdır. Bu əsasnamə layihəsi 2006-cı ildə qəbul edisə də Şimali Koreya ondan sonra da nüvə sınağı keçirmişdir. Adının açıqlamasını istəməyən diplomatik mənbənin məlumatına görə, iştirakçı ölkələrin yeddisi də Şimali Koreya üzərinə sərtləşdirilmiş sanksiya tətbiq etməyə hazırlaşır. Bu fikirlər rəsmi təsdiqini tapmamışdır.
Şimali Koreya üzrə əsasnamə layihəsinin müzakirəsi iyunun əvvələrindən tez başlanmayacaqdır. Böyük Britaniya səfiri Con Soersin dediyinə görə, sənəd üzərində bir müddət işləmək lazım gələcəkdir.

Digər xəbərlər