PDF Oxu

Dünya

  • 13

ABŞ “Əbu-Səyyaf”ın üç üzvü haqda məlumat verən şəxsə 2,5 milyon dollar mükafat vəd edib

ABŞ “Əbu-Səyyaf”ın üç üzvü haqda məlumat verən şəxsə 2,5 milyon dollar mükafat vəd edib
"Frans Press" informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ hökuməti "Əbu-Səyyaf" qruplaşmasının üç filippinli üzvünün ələ keçirilməsində fəallıq göstərənlərə 2,5 milyon dollar məbləğində mükafat ayırdığını bəyan etmişdir.
ABŞ Dövlət Departamentində izah etmişlər ki, pulun bir milyon dolları cinayətkarların yerini deyənlərə və ya onların həbsində iştirak edənlərə veriləcəkdir. Haqqında söhbət gedən "Əbu-Səyyaf" qruplaşmasının lideri Radullan Sahiron və partlayıcı qurğuların hazırlanması ilə məşğul olan Abdulla Basit Usmanın ələ keçirilməsi üçün bir milyon dollar mükafat veriləcəkdir. Qruplaşmanın maliyyəçisi hesab edilən Xair Mundosun ələ keçirilməsinə kömək edənlərə isə 500 min dollar mükafat ayrılmışdır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi İan Kellinin dediyinə görə, bu üç nəfərin bəd əməli nəticəsində bir çox kişi, qadın və uşaq həlak olmuş və ya ciddi surətdə bədən xəsarəti almışdır.
Belə hesab edilir ki, Radullan Sahiron 2001-ci ildə Filippinin Palavan kurortunda turistlərin qətlə yetirilməsi və girov götürülməsində əli olmuş adamdır. Basit Usmanın isə Filippində bir neçə terror aktı törətdiyi ehtimal olunur. 2007-ci ildə həbsxanadan qaçmağa nail olan  Xair Mundos isə pul vəsaitinin oğurlanmasında və "Əl-Kaidə" terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinir. İ.Kellinin dediyinə görə, haqqında söhbət gedənlərin hər üçü  ABŞ və Filippinin maraqları üçün təhlükə törədir. 

Digər xəbərlər