PDF Oxu

Dünya

  • 12

Pakistanın Lohar şəhərində partlayış törədilib

Pakistanın Lohar şəhərində partlayış törədilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 27-də Pakistanın Lohar şəhərində terror aktı törədilmişdir. Nəticədə təxminən 30 nəfər həlak olmuş, 116 nəfər yaralanmışdır. "Röyter"in məlumatına görə, partlayış polis idarəsi yaxınlığında baş vermişdir. Şahidlərin dediklərinə görə, partlayışdan sonra hadisə yerində atışma səsləri eşidilmişdir.
"Assoşieyted Press"in məlumatına görə, terror aktını kamikadze avtobomili partlatmaqla törətmişdir. "İTAR-TASS" agentliyinin məlumatına görə, kamikadze dayanmış avtomobilin içərisinə 100 kiloqramlıq trotil ekvivalenti olan partladıcı maddə qoymuşdur. Bu agentlik belə hesab edir ki, partlayış polis idarəsi yaxınlığında görə, şəhər xilasedici xidməti binası yaxınlığında törədilmişdir.
"Röyter" agentliyinin məlumatına görə, indiyədək heç bir təşkilat partlayışın məsuliyyətini öz üzərinə götürməmişdir. Hüquq-mühafizə orqanları belə hesab edirlər ki, cinayəti "Taliban" hərəkatı törətmişdir. Loharda son böyük terror aktı martın 30-da törədilmişdir. O vaxt taliblər şəhərin polis akademiyasına hücum edib, 10 nəfəri öldürmüş, 95 nəfəri yaralamışlar.

Digər xəbərlər