PDF Oxu

Dünya

  • 7

Fransa Fars körfəzində ilk hərbi bazasını yerləşdirib

Fransa Fars körfəzində ilk hərbi bazasını yerləşdirib
Bu zona, əsasən, ingilis-sakson təsir dairəsinə məxsusdur. "Sülh düşərgəsi" adlanan yeni Fransa bazası ümumi ordu hissələrini təşkil etməklə, üç müstəqil bazadan ibarətdir. Birincisi, Əbu-Dabidəki hərbi-dəniz bazası, ikincisi, ərazisində ən azı üç "Miraj" və ya "Rafal" təyyarəsinin olacağı aviabaza, üçüncüsü isə, səhralıqda yerləşən məşq bazası. Qəzetin yazdığına görə, bazada 500 nəfər Fransa hərbi qulluqçusu xidmət edəcəkdir. Xatırladırıq ki, Hörmüz körfəzinin strateji cəhətdən vacib olan bu hissəsindən BƏR-in 40 faizə yaxın nefti  ixrac olunur.
Əbu-Dabi Fransa bazasından bir neçə kilometr kənarda İranın sahil xidməti keşik çəkir. N.Sarkozi BƏR rəhbərliyi ilə yeni müdafiə xarakterli müqavilə imzalamaq niyyətindədir. Fransanın rəsmi nümayəndələrindən birisi belə bir fikir ifadə etmişdir: "İranın BƏR-ə hücumunu Fransaya hücum kimi qiymətləndirəcəyik."

Digər xəbərlər