PDF Oxu

Dünya

  • 10

Türkiyə xəstəxanasında baş vermiş yanğın nəticəsində 8 nəfər xəstə həlak olub

Türkiyə xəstəxanasında baş vermiş yanğın nəticəsində 8 nəfər xəstə həlak olub
 "Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 26-da Türkiyənin qərb hissəsində yerləşən xəstəxanalardan birində baş vermiş yanğın nəticəsində 8 nəfər həlak olmuşdur.
Yanğın Bursa şəhərinin "Şövkət Yılmaz" xəstəxanasında baş vermişdir. Yerli hakimiyyət dairələrinin məlumatına görə, fövqalədə hallar xidmətinin əməkdaşlarının vaxtında hadisə yerinə yetişmələri nəticəsində xəstəxananın 44 pasiyenti evaukasiya olunmuşdur. Ancaq reanimasiya şöbəsində olan 8 nəfəri xilas etmək mümkün olmamışdır.
İlkin məlumata görə, yanğın elektrik xəttindəki qısa qapanma nəticəsində baş vermişdir.

Digər xəbərlər