PDF Oxu

Dünya

  • 6

Monqolustan prezidenti məğlubiyyətini etiraf edib

Monqolustan prezidenti məğlubiyyətini etiraf edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Monqolustanın iqtidarda olan prezidenti Nambarın Enxbayar mayın 25-də keçirilmiş prezident seçkilərində uduzduğunu bəyan etmişdir. Prezidentin liderlik etdiyi Monqolustan Xalq-İnqilab Partiyası 1921-ci ildən etibarən iqtidardadır. Bu partiya son prezident seçkilərində Monqolustan Demokratik Partiyasının namizədi Tsxiaqiyn Elbeqdorja uduzmuşdur. N.Enxbayarın dediyinə görə T.Elbeqdorj minimal üstünlüklə uğur qazanmışdır.
T.Elbeqdorj 1990-cı ildən etibarən Monqolustanda kommunist sisteminin dağıdılması ilə məşğul olan nümayəndələrindən biri olmuşdur. O, seçkilərdə ölkənin sadə əhaləsinin həyat səviyyəsini Monqolustanın təbii ehtiyatlarından səmərəli tərzdə istifadə etməklə yaxşılaşdıracağını vəd etmişdir.
Monqolustanda seçki məntəqələri bazar günü axşam saat 19.00-da bağlanmışdır. Ölkədə kütləvi qanun pozuntusunun qarşısını almaq üçün spirtli içkilərin satışı qadağan edilmiş və kütləvi tədbirlərin keçirilməsi təxirə salınmışdır. Ötən ilin yayında demokratik partiyanın parlament seçkilərindəki uğursuzluğundan sonra paytaxtda kütləvi qanun pozuntusu başlanmışdır. Nəticədə beş nəfər həlak olmuşdur.

Digər xəbərlər