PDF Oxu

Dünya

  • 13

BMT TŞ KXDR üzrə fövqalədə yığıncaq keçirəcək

BMT TŞ KXDR üzrə fövqalədə yığıncaq keçirəcək
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreyanın mayın 25-də keçirdiyi nüvə sınağına həsr edilmiş fövqalədə yığıncağının keçiriləcəyini bəyan etmişdir. Yaponiya hökuməti ölkənin baş nazirliyi tərkibində xüsusi işçi qrupunun yaradılacağını bildirmişdir. "Assoşieyted Press"in məlumatına görə, Cənubi Koreyada vəziyyətin nizama salınması üçün generallardan ibarət "böhran komandası" yaradılmışdır. Hazırda Şimali Koreyanın mayın 25-də nüvə sınağını keçirməsi məsələsi yoxlanılmaqdadır.
Mayın 25-də səhər Şimali Koreyanın mərkəzi teleqraf agentliyi uğurlu yeraltı nüvə sınağı keçirdiyini bəyan etmişdir. İlkin məlumata görə, bu sınaqlar 2006-cı ildə keçirilən analoji nüvə sınağından xeyli güclü olmuşdur. Cənubi Koreya hökumətinin məlumatına görə, partlayış Kilçju şəhərinin şimali-şərqində törədilmişdir. ABŞ-ın geoloji xidməti həmin şəhərin ətrafında episentri 10 kilometr dərinlikdə yerləşib, maqnitudası 4,5 bal olan süni zəlzələ qeydə almışdır. Kütləvi informasiya vasitələrinin yazdığına görə, Şimali Koreya nüvə silahı ilə yanaşı, həm də havaya kiçik radiuslu "hava-yer" raketi buraxmışdır.

Digər xəbərlər