PDF Oxu

Dünya

  • 4

Gürcüstan müxalifəti hərbi paradın Tbilisidən kənarlaşdırılması planını öyrənib

Gürcüstan müxalifəti hərbi paradın Tbilisidən kənarlaşdırılması planını öyrənib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstan hökuməti mayın 26-da ölkənin müstəqilliyi günü münasibəti ilə keçirməyi planlaşdırdığı hərbi paradı Tbilisinin mərkəzi meydanında yox, paytaxtdan kənarda yerləşən "Vaziani" hərbi bazası ərazisində gerçəkləşdirməyi nəzərdə tutur. Bu hadisədən ilk növbədə müxalifət lideri Salome Zurabişvili xəbər tutmuşdur.
Əvvəllər belə bir məlumat yayılmışdı ki, Gürcüstan hökuməti müxalifətlə qarşıdurmaya getməmək üçün müstəqillik günündə şəhərin mərkəzində hərbi pardın keçirilməsindən imtina etmişdir. Mixail Saakaşvilinin istefasını tələb edən müxalifətçilər Tbilisinin mərkəzi meydanında "polis dövləti"ni xarakterizə edən qəfəs düzəltmişlər. Bununla onlar hazırkı Gürcüstan iqtidarını simvolizə etmişlər.
Mayın 26-da müxalifət Rustaveli prospektində özünün mülki paradını keçirmək niyyətindədir. Tbilisi meri bununla əlaqədar demişdir ki, müxalifətçilər güc strukturlarını özlərinə qarşı qaldırmaqla təxribat yaratmaq istəyirlər.
Mayın 21-də "Vaziani" bazasında NATO təlimlərinin ikinci mərhələsinin rəsmi açılışı olmuşdur. Birinci mərhələ 6-18 may arasında keçirilmişdir.
Gürcüstan müxalifətinin etiraz aksiyası aprelin əvvəllərindən başlanmışdır. Bu müddət ərzində, Saakaşvili əleyhdarlarının hesablamalarına görə, aksiya iştirakçıları üzərinə 41 dəfə hücum edilmişdir ki, nəticədə 116 nəfər bədən xəsarəti almışdır. Mayın 21-də Kürün hər iki tərəfində yerləşən iki magistral yol bağlanmışdır. Bu aksiyaya müxalifətçilərin 60-dan çox avtomobili əllərindən alındıqdan sonra rəvac verilmişdir.

Digər xəbərlər