PDF Oxu

Dünya

  • 11

Pakistan bazarında partlayış törədilib

Pakistan bazarında partlayış törədilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 21-də Pakistanın Candola şəhərinin bazarında kamikadze içərisinə partlayıcı qurğu bərkidilmiş "Mazda" avtomobilini partlatmışdır. Terror aktı nəticəsində kamikadzenin özü və 4 nəfər dinc sakin həlak olmuş, 40 nəfərə yaxın mülki şəxs yaralanmışdır. Partlayışın təsiri nəticəsində yaxınlıqda sərhədçilərin dislokasiya olunduğu hərbi bazanın zahiri hasarı uçmuşdur. Hərbçilərin məlumatına görə, baza ərazisində olan 15-20 hərbi qulluqçu yaralanmışdır.
Candola şəhəri Pakistanın Cənubi Vəziristan əyalətində sərhəd yaxınlığında yerləşir. Burada "Əl-Kaidə" və "Taliban" terrorçu qruplaşmaların sığınacaqları yerləşir. 2008-ci ilin axırlarında bu ərazi ABŞ-ın pilotsuz uçan aparatlarından raket atəşinə tutulmuşdu. Bu da Pakistan hökumətinin etirazına səbəb olmuşdu.

Digər xəbərlər