PDF Oxu

Dünya

  • 14

Medvedev öz planlarını prezident postundan getdikdən sonra açıqlayacaq

Medvedev öz planlarını prezident postundan getdikdən sonra açıqlayacaq
"PRAYM-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev Xabarovsk Dövlət Universitetinin tələbələri ilə görüşü zaman demişdir ki, prezident postunu tərk etdikdən sonra, müəllimlik fəaliyyətinə qayıdacaqdır. Prezidentin dediyinə görə, o, dərs deməkdən "əsil zövq" alır. D.Medvedev tez və ya gec müəllimlik fəaliyyətinə qayıdacağını bildirmiş və bu halın "normal intellektual tərzdə özünü təsdiq etməyin ən yaxşı yolu" olduğunu vurğulamışdır.
Tələbələrin bir çox D.Medvedevə verdikləri "Prezident işləmək ağırdırmı" sualına Rusiya prezidenti "Ağırdır, ancaq maraqlıdır" cavabını vermişdir. O, həm də potensial dövlət başçısı üçün vacib olan bir sıra amilləri sadalamışdır. D.Medvedevin fikrincə, bunlar işgörmə qabiliyyəti, vətənə məhəbbət və "müəyyən imtiyazlardır".  Rusiya prezidenti "müəyyən imtiyazlar" dedikdə məhz nəyi nəzərdə tutduğun izah etməmişdir.
D.Medvedev tələbələrlə söhbəti əsnasında hüquqşünaslıq təcrübəsindən əvvəl süpürgəçi işlədiyini, ayda 120 rubl və əlavə 50 rubl yüksək tələbə təqaüdü aldığını bildirmişdir. Rusiya prezidentinin dediyinə görə, bu pulla normal yaşayıb-dincəlmək mümkün idi.
D.Medvedev 1990-1999-cu illərdə Leninqrad Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində müəllim işləmiş, tələbələrə mülki və Roma hüququndan mühazirələr oxumuşdur. 1999-cu ildə Moskvaya köçdükdən sonra müəllimlik fəaliyyətini dayandırmışdır. 2008-ci ildə Rusiya prezidenti postunu tutmuşdur.

Digər xəbərlər