PDF Oxu

Dünya

  • 8

Timeşenko Ukrayna prezidenti olmaq istəyir

Timeşenko Ukrayna prezidenti olmaq istəyir
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Ukraynanın baş nazir Yuliya Timeşenko mayın 21-də ölkədə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyini bəyan etmişdir. RİA "Novosti"nin dəqiqləşdirmələrinə görə, baş nazir partiyasının seçkilərə hazır olduğunu bildirmişdir. Kiçik və orta biznez nümayəndələrinin genişləndirilmiş yığıncağında çıxışı zamanı Y.Timeşenko birmənalı tərzdə demişdir: "Komandamız seçkilərə gedir".
Bir müddət əvvəl prezident seçkilərində iştirak edəcəyi haqda bir neçə Ukrayna siyasətçisi bəyanat vermişdi. İqtidarda olan Viktor Yuşşenko, müxalifətçi Regionlar Partiyasının lideri Viktor Yanukoviç, keçmiş müdafiə naziri Anatoli Qritsenko, Kiyev meri Leonid Çernovetski və Ali Radanın spikeri Arseni Yatsenyuk da onların sırasındadır.
Ölkənin bir çox sosioloji sorğu mərkəzlərinin məlumatına görə, hazırda Ukraynanın ən populyar siyasətçisi V.Yanukoviç hesab edilir. Ondan sonra Y.Timeşenko və A.Yatsenyukun adları çəkilir. Digər namizədlərin qələbə şansları hipotetik məna kəsb edir.
Hələlik, Ukraynada keçiriləcək prezident seçkilərinin dəqiq vaxtı müəyyənləşdirilməmişdir. Ehtimal olunur ki, seçkilər 2010-cu ilin 17 yanvarında keçiriləcəkdir. Ali Radanın öz qərarını iyunun əvvəllərində çıxaracağı gözlənilir. Ukraynada dövlət başçısı ümumxalq gizli səsvermə yolu ilə seçilir.

Digər xəbərlər