PDF Oxu

Dünya

  • 12

İranda prezidentliyə 4 namizəd var

İranda prezidentliyə 4 namizəd var
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran konstitusiyasının mühafizə şurası 12 iyun prezident seçkilərində iştirak etmək üçün dörd namizədi qeydə almışdır. Onlar iqtidarda olan prezident Mahmud Əhmədinejad, keçmiş baş nazir Mir Hüseyn Musəvi, parlamentin keçmiş spikeri Mehdi Karrubi və islam inqilabı keşikçiləri korpusunun keçmiş komandanı Möhsen Rezayidən ibarətdir.
Musəvi və Karrubi islahatçı görüşlərinə malik adamlardır. Hər iki namizəd seçkilərdə qalib gələcəkləri təqdirdə islahatlar aparacaqlarını vəd edirlər. Mühafizəkar mövqeli Möhsen Rezayi isə işsizliyə və yoxsulluğa qarşı mübarizə aparacağını, istehsal məhsullarının qiymətlərini azaldacağını bildirir.
Mayın əvvəllərində İranda prezident seçkilərində iştirak etmək üçün ilkin seçki kampaniyaları keçirilmişdi. İlkin mərhələdə 475 nəfər qeydiyyatdan keçmişdi. Onların 42 nəfəri qadınlar olmuşdu.  Prezidentliyə namizədlərin hamısının sənədləri konstitusiya mühafizə şurasına təqdim edilmişdi. Şura üzvləri 6 hüquqşünas və 6 islam ruhani nümayəndələrindən ibarətdir.

Digər xəbərlər