PDF Oxu

Dünya

  • 7

“FƏTH” və “HƏMAS” Qəzzada təhlükəsizlik qüvvələri yaratmaq istəyir

“FƏTH” və “HƏMAS” Qəzzada təhlükəsizlik qüvvələri yaratmaq istəyir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, bir-biri ilə rəqib olan "FƏTH" və "HƏMAS" Fələstin qruplaşmaları mayın 17-də Qəzza bölgəsində nizam-intizam yaratmaq üçün birgə təhlükəsizlik qüvvələri yaratmaq haqda danışıq aparmışlar. "FƏTH" hərəkatının nümayəndəsi Nabil Şaatın dediyinə görə, bu haqda prinsipial danışıqlar əldə edilmişdir. Birgə təhlükəsizlik qüvvələri region ərazisində seçkilər keçirilənədək fəaliyyət göstərəcəkdir. Xatırladırıq ki, seçkilər 2010-cu ilin 5 yanvarında keçiriləcəkdir.
RİA "Novosti"nin xəbər verdiyinə görə, "FƏTH" və "HƏMAS" seçkilərədək hökumət funksiyasını daşıyan komitə də formalaşdırmağı nəzərə almışdır. Misir kütləvi informasiya vasitələrinin məlumatına görə, iyulun 7-də Misir və digər ərəb ölkələrinin güc strukturlarının nümayəndə heyətləri Qəzza bölgəsinə yola düşəcəklər. Onların başlıca vəzifəsi professional Fələstin təhlükəsizlik qüvvələrinin hazırlanması ilə məşğul olmaqdır. Bazar ertəsi tərəflər arasında danışıqlar davam etdirilmişdir.
2007-ci ilin iyununda "HƏMAS" Qəzza bölgəsində hakimiyyəti ələ keçirmişdir. O vaxtdan etibarən İordan çayının Qərb sahili Fələstin lideri Mahmud Abbasın nəzarəti altındadır. "HƏMAS"-ın fəallaşması Qəzza bölgəsinin blokadaya alınması və İsrailin 2008-ci ilin axırları - 2009-cu ilin əvvəllərində regionda hərbi əməliyyat aparması ilə nəticələnmişdir.

Digər xəbərlər