PDF Oxu

Dünya

  • 7

Polis paltarı geymiş şəxslər Meksika həbsxanasından 59 nəfəri azadlığa buraxıb

Polis paltarı geymiş şəxslər Meksika həbsxanasından 59 nəfəri azadlığa buraxıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, polis paltarı geymiş şəxslər Meksika həbsxanasından 59 nəfəri azadlığa buraxmışlar. İnsident mayın 16-da Meksikanın şimalında yerləşən Sakatekas ştatında baş vermişdir.
"El İnformador" qəzetinin yazdığına görə, şənbə günü səhər 20-dək adam elitar polis geyimində haqqında söhbət gedən həbsxanaya girmişdir. Onlar belə təəssürat yaratmağa çalışırdılar ki, məhbusları başqa həbsxanalara aparmaq istəyirlər. Yaxşı silahlanmış cinayətkarlar 15 cipin və 1 vertolyotun köməyindən istifadə etmişlər. Bir neçə saatdan sonra hadisə yerinə gəlmiş Meksika silahlı qüvvələrinin nümayəndələri və federal xidmət əməkdaşları nə məhbusları, nə də onları aparanları tapa bilməmişlər.
İlkin məlumata görə, qaçanlar da, qaçıranlar da Meksikada nəhəng narkotik maddələr istehsal edən "Kartel del Qolfo"nun üzvləridirlər. Narkotika idxalı və ixracı ilə məşğul olanların cinayətkar fəaliyyəti nəticəsində 2008-ci ilin əvvəllərindən indiyədək Meksikada on minlərlə adam öldürülmüşdür. Meksika prezidenti Felipe Kalderon narkoticarətlə məşğul olanlarla mübarizəyə 45 min hərbçi cəlb etsə də, vəziyyət mürəkkəb olaraq qalmaqdadır.

Digər xəbərlər