PDF Oxu

Dünya

  • 15

Gürcüstan müxalifəti Tbilisi mərkəzində blokadanın bir hissəsini götürüb

Gürcüstan müxalifəti Tbilisi mərkəzində blokadanın bir hissəsini götürüb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, aprel ayından etibarən Tbilisinin mərkəzi meydanında fasiləsiz kütləvi etiraz aksiyası keçirən Gürcüstan müxalifəti nümayəndələri mayın 15-ə keçən gecə Kostava küçəsində ölkənin İctimai Televiziyasının binası qarşısındakı yolun blokadasını götürüblər.
 Əvvəllər Gürcüstanı BMT-də təmsil edən keçmiş səfir və müxalifət lideri İrakli Alasaniya belə bir bəyanat vermişdi ki,  Kostava küçəsindəki yolun blokadasının götürülməsi "xeyirxah iradi jest" kimi başa düşülməlidir. Onun fikrincə, bu addımı ilə müxalifət göstərmək istəyir ki,  həmişə "konstruktiv danışıqlara hazırdır". Hazırda İctimai Televiziya binası qarşısında və digər yerlərdə etiraz aksiyası davam etdirilməkdədir.
RİA "Novosti" agentliyinin məlumatına görə, Rustaveli prospekti və Azadlıq meydanında blokada qalmaqdadır.  Parlament və dövlət dəftərxanasına yalnız piyada və ya küçənin əks tərəfinə geçməklə getmək olar. Müxalifətçilər belə hesab edirlər ki,  İctimai Televiziya öz funksiyasını lazımi səviyyədə yerinə yetirmir və əsasən, iqtidar siyasətinin təbliğatını aparır. Müxalifətçilər "biabırçılıq dəhlizi" düzəldib, İctima  Televiziya əməkdaşlarının işə bu dəhlizlə getmələrini nəzərdə tutur.
Müxalifətçilərin hamısı Kostava küçəsinin blokadasının açılması ilə razılaşmır. Bir çoxları bu addımı ayrı-ayrı müxalifət liderlərinin iqtidar nümayəndələri ilə razılaşma əldə etdiyi "geriyi addım" kimi qiymətləndirir. Xatırladırıq ki, Tbilisidə mitinq aprelin 9-da başlanmışdır. Müxalifətçilər prezident Mixail Saakaşvilinin isteafsını tələb edirlər. Ancaq Gürcüstan prezidenti  dəfələrlə bəyan edib ki, vaxtından əvvəl öz postunu tərk etməyəcəkdir. Müxalifətçilər mayın 26-da Gürcüstanın Müstəqillik Günündə Tbilisidə çoxminli "xalq paradı" keçirmək niyyətindədirlər.

Digər xəbərlər