PDF Oxu

Dünya

  • 12

Misir gəmisinə hücum edən dəniz quldurlarını qorxuzmuşlar

Misir gəmisinə hücum edən dəniz quldurlarını qorxuzmuşlar
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 13-də Cənubi Koreya və ABŞ vertolyotları Misir gəmisinə hücum etməyə cəhd edən dəniz quldurlarını qorxutmuşlar.
Mühafizə vertolyotlarına siqnal "Əmir" Misir gəmisindən verilmişdir. Gəmini bir neçə türk keşikçi gəmisi müşayiət edirdi. Siqnalı qəbul edən Cənubi Koreya vertolyotları və gəmisi dərhal hadisə yerinə getmişdir. Dəniz quldurları "Əmir" gəmisinə bir neçə atəş açmışlar, nəticədə gəminin bortu zədələnmişdir. Dəniz quldurları Misir gəmisinin cəmi iki kilometrliyində olmuşlar. Ancaq Cənubi Koreya vertolyotundan edilən snayper hücumu quldurları qorxuya salmışdır. Daha sonra ABŞ-ın hərbi-dəniz qüvvələrinin vertoloytları köməyə gəlmişdir.
ABŞ-ın Bəhreyndə dislokasiya olunmuş beşinci donanmasının komandanlığının məlumatına görə, dəniz quldurları patrul gəmiləri ilə atışdıqdan sonra geri çəkilmişlər. Quldurların 17-si ələ keçmişdir. Onların silahları və bir reaktiv qumbaratanı müsadirə edilmişdir.
Hazırda Ədən körfəzini 20-dən çox keşikçi gəmiləri mühafizə edir. Cənubi Koreya silahlı qüvvələrinin gəmiləri quldurlarla mübarizəyə aprelin ortalarından qoşulmuşlar. Onlar dörd dəfə dəniz quldurlarını dəf etmişlər.

Digər xəbərlər