PDF Oxu

Dünya

  • 6

ABŞ müharibəyə 70 milyard dollar ayırıb

ABŞ müharibəyə 70 milyard dollar ayırıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Nümayəndələr Palatası bir sıra dövlət proqramlarının maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiq etmişdir. Proqramın yerinə yetirilməsi məqsədilə ümumilikdə 96,7 milyard dollar ayrılması qərara alınmışdır. Bu pulun 70 milyard dolları İraq və Əfqanıstan hərbi kampaniyalarının maliyyələşdirilməsinə yönəldiləcəkdir. Bilavasitə, hərbi əməliyyatların keçirilməsi üçün 47,7 milyard dollar ayrılacaqdır. Döyüşlərdə texnikanın sıradan çıxması və xarab olması üçün əlavə 23 milyard dollar ayrılması nəzərdə tutulur. Nəzərdə tutulmuş məbləğ Quantanamo hərbi bazasının bağlanmasına sərf edilməyəcəkdir.
Layihədə Əfqanıstanın iqtisadi inkişafı üçün 980 milyon dollar ayrılması nəzərdə tutulur. Həmin pullar Əfqanıstan hökumətini dəstəkləmək və ölkədə demokratik islahatların keçirilməsinə sərf ediləcəkdir. Daha 1 milyard dollar Pakistan üçün ayrılacaqdır. Həmin pulun 400 milyon dolları taliblərlə mübarizəyə, 600 milyon dolları isə ölkənin iqtisadi vəziyyətinin yüksəldilməsinə və demokratikləşdirilməsinə yönəldiləcəkdir.
Qanun layihəsi səs çoxluğu ilə qəbul edilmişdir. Konqresmenlərin 368 nəfəri lehinə, 60 nəfəri isə əleyhinə səs vermişdir.

Digər xəbərlər