PDF Oxu

Dünya

  • 8

Girov götürmüş talançı polisə təslim olub

Girov götürmüş talançı polisə təslim olub
Mayın 13-də Türkiyənin "Hürriyyət" qəzetinin yazdığına görə, polis Kuşadası kurort şəhərinin bankında bir basqınçı 10 nəfəri girov götürsə də, tezliklə polisə təslim olmuşdur. Polis 6 saat ərzində girovları azad etmək üçün basqınçı ilə danışıq aparmışdır. Danışıqlar yerli vaxtla saat 11-dən 17-dək davam etmişdir. Nəticədə basqınçı girovları azadlığa buraxmışdır.
"Assoşieyted Press"in məlumata görə, basqınçı 9 nəfəri girov götürmüşdü. Digər agentliklər isə, basqınçının 12 nəfəri girov götürdüyünü və iki bank əməkdaşını dərhal buraxdığını bildirmişlər. Bir qədər əvvəl isə basqınçıların miqdarı haqda müxtəlif məlumatlar verilmişdir. Ancaq basqınçı bir nəfər olmuşdu və bir silahsız polis onunla danışıq aparıb, təslim olmağının vacibliyini izah etməyə müvəffəq olmuşdu.
"Hürriyyət"in yazdığına görə, girovların azad edilməsi üçün aparılan əməliyyatda 30 nəfər polis əməkdaşı iştirak etmişdir.

Digər xəbərlər