PDF Oxu

Dünya

  • 20

Pakistan ABŞ-dan pilotsuz təyyarələri tələb edib

Pakistan ABŞ-dan pilotsuz təyyarələri tələb edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistan prezidenti Asif Əli Zərdari ABŞ-dan tələb etmişdi ki, mütəmadi olaraq, ərazisini raket zərbələrinə məruz qoyan pilotsuz qırıcı təyyarələri İslamabada versin. Hələlik, Pakistan prezidentinin tələbi sükutla qarşılanır. Pakistanın hakimiyyət dairələri əvvələr də bu cür bəyanatlar irəli sürmüşlər. 2009-cu ilin fevralında Pakistanın xarici işlər naziri Şah Mahmud Kureyşi demişdir ki, ABŞ öz pilotsuz təyyarələrini Pakistana verərsə,  taliblərlə mübarizə daha effektiv tərzdə aparılardı. Kureyşinin dediyinə görə, ABŞ-ın  qırıcı təyyarələri Pakistan ərazisində yalnız ekstremistlərə yox, həm də dinc sakinlərə xətər yetirmişdir.
ABŞ hökuməti isə dəfələrlə bəyan etmişdir ki, Pakistan ərazisində sığınacaq tapmış ekstermistlərlə mübarizə bundan sonra da davam etdiriləcəkdir. ABŞ tərəf belə hesab edirdi ki, yerli Pakistan rəhbərliyi terrorçularla təkbaşına mübarizə apara bilmir.
ABŞ-ın pilotsuz qırıcı təyyarələrinin Pakistan ərazisinə son aviasiya zərbələri mayın 12-də endirilmişdir. Nəticədə ən azı 8 nəfər terrorçu öldürülmüşdür.

Digər xəbərlər