PDF Oxu

Dünya

  • 8

Konstitusiya Məhkəməsi Yuşşenkonun hakimiyyət müddətini uzadıb

Konstitusiya Məhkəməsi Yuşşenkonun hakimiyyət müddətini uzadıb
"Kommersant-Ukraina" qəzetinin yazdığına görə, Ukrainanın Konstitusiya Məhkəməsi Ali Radanın növbədənkənar prezident seçkilərini oktyabrın 25-nə təyin etməsi haqqında qərarını qeyri-qanuni saymışdır. Prezident seçkiləri Viktor Yuşşenkonun bəyan etdiyi kimi 2010-cu ilin yanvarında keçiriləcəkdir.
Qərar Konstitusiya Məhkəməsinin mayın 12-də keçirilən qapalı yığıncaqda qəbul edilmişdir. Ukraynada prezident seçkilərinin müxtəlif vaxtlarda keçirilməsi haqda məlumatların yayılması 2004-cü ildə konstitusiyada edilmiş dəyişikliyə əsaslanır. Konstitusiyanın köhnə redaksiyasında deyilir ki, prezident seçkiləri cari ilin oktyabrının son bazar günü keçirilməlidir. Yeni redaksiyada isə deyilir ki, prezident seçkiləri 2010-cu ilin yanvar ayının son bazar günü keçirilməlidir. Ali Rada belə hesab edirdi ki, V.Yuşşenko 2005-ci ilin yanvarında vəzifə kürsüsü tutduğu üçün köhnə konstitusiyaya istinad edilməlidir. Ali Radanın 450 deputatının 401 nəfəri bu təklifi qəbul etmişdir.

Digər xəbərlər