PDF Oxu

Dünya

  • 4

Gürcüstanda üsyan təşkilatçısının qardaşı həbs edilib

Gürcüstanda üsyan təşkilatçısının qardaşı həbs edilib
"Qruziya Online"nin yazdığına görə, Gürcüstanda müdafiə nazirliyinin yüksək vəzifəli keçmiş məmuru Koba Otanadzenin qardaşı Nuqzar Otanadze həbs edilmişdir. Muxrovani hərbi bazasında baş vermiş üsyanın təşkilatçısı kimi, onun axtarışı elan edilmişdi.
N.Otanadzenin həbs edilməsini  onun vəkili Onisa Meboniya xəbər vermişdi. Onun dediyinə görə, müdafiə etdiyi şəxs mayın 12-də həbs edilmişdir. Xatırladırıq ki, Koba Otanadze Kürcüstan hökuməti tərəfindən Muxrovani qiyamının baş təşkilatçısı elan edilmişdir. Onun gizləndiyi yer haqda məlumat verən şəxsə Gürcüstanın Daxili İşlər Nazirliyi 50 min lari (30 min dollara yaxın) mükafat vəd etmişdi. Onunla yanaşı, Giya Krialaşvili və Levan Amiridzenin də axtarışı elan olunmuşdur.
Mayın 5-də Muxrovani hərbi bazasında yerləşən tank bataloynunun komandiri komandanlığın əmrinə tabe olmayacağını bəyan etmişdi. Qiyamçılar heç bir tələb irəli sürməmişdilər. Hakimiyyət dairələri onlarla danışıqlara başladı və bir müddət sonra bəyan etdilər ki, üsyançılar silahı yerə qoyub.  O vaxt ünsyanla əlaqədar 10 hərbi qulluqçu və 13 nəfər mülki şəxs həbs edilmişdi. Gürcüstan Milli Qvardiyasının keçmiş komandanı Koba Kobaladze və xüsusi xidmət dəstəsinin keçmiş komandanı Giya Qvaladze hakimiyyət çevrilişi etməkdə ittiham edilmişlər.

Digər xəbərlər