PDF Oxu

Dünya

  • 6

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandanı dəyişdiriləcək

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandanı dəyişdiriləcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın müdafiə naziri Robert Geyts ölkənin Əfqanıstandakı hərbi qüvvələrinin komandanı general Devid Makkirnanı başqa birisi ilə əvəz etmək haqda qərar qəbul etmişdir.
D.Makkirnan 2008-ci ilin iyulunda Əfqanıstanda fəaliyyət göstərən NATO beynəlxalq qüvvələrinin komandanı təyin edilmişdi. Belə ehtimal olunur ki, onun əvəzinə Birləşmiş Qərargahlar Komitəsinin sədri Mayk Mallenin köməkçisi general leytenant Stenli Makkristal təyin ediləcəkdir. Əfqanıstandakı Amerika komandanlığının dəyişməsi məsələsi ABŞ prezidenti Barak Obamanın bu ölkəyə münasibətdə yeni strategiya qəbul etməsindən sonra gündəliyə gətirilmişdir. Bu qərara görə, Əfqanıstanda ABŞ hərbi kontingentinin miqdarı artırılaraq 68 min nəfərə çatdırılacaqdır.
Agentlik belə hesab edir ki, dəyişikliyin səbəbi ABŞ-ın ali hərbi komandanlığında Devid Makkinana qarşı etimadsızlıq olmuşdur. Son illərdə "Taliban" qruplaşmasının törətmiş olduqları terror aktlarının miqdarı artsa da, köhnə komandan Əfqanıstandakı vəziyyəti normal hal kimi dəyərləndirmişdir.

Digər xəbərlər