PDF Oxu

Dünya

  • 13

Şimali Koreyanın yeni nüvə sınağı keçirməsindən ehtiyat edirlər

Şimali Koreyanın yeni nüvə sınağı keçirməsindən ehtiyat edirlər
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Cənubi Koreya hökuməti Şimali Koreyanın Xamgen-Pukto əyalətinin Punqqe-ri poliqonunda yeni yerüstü nüvə sınağı keçirməyə hazırlaşmasından ehtiyat edir. Ekspertlər belə hesab edirlər ki, Şimali Koreya bir neçə həftədən sonra nüvə sınağı keçirmək iqtidarında olacaqdır. "Khosun İlbo" qəzetinin məlumatına görə, Şimali Koreya hökuməti Pxenan-Pukto əyalətində uzaq məsafəyə uçuş radiuslu yeni raket sınağı poliqonunun inşasını sürətləndirməyə başlamışdır. Cənubi Koreya hökuməti əvvəllər tikintinin 2009-cu ilin axırlarında başa çatacağını iddia edirdilərsə, indi deyirlər ki, tikinti nəzərdə tutulan müddətdən bir neçə ay tez başa çata bilər.
Şimali Koreya ilk nüvə sınağını 2006-cı ilin oktyabrında Punqqe-ri poliqonunda keçirmişdir. Bundan dərhal sonra BMT ölkə üzərinə sanksiyalar paketi tətbiq etmişdir. İlk növbədə, bütün dünya ölkələrinə tapşırılmışdı ki, Şimali Koreyaya nüvə sahəsində işlədilən material göndərməsinlər. 2009-cu ilin aprelində Şimali Koreya kosmosa peyk əlaqəli raket göndərmişdi. Buna cavab olaraq, BMT TŞ Şimali Koreyanın bu hərəkətini pisləmiş və bu ölkənin ballistik raketlərlə əlaqədar fəaliyyətinə qadağa qoymuşdu.

Digər xəbərlər