PDF Oxu

Dünya

  • 9

İran prezidenti İsraili təhlükəli infeksiya ilə müqayisə edib

İran prezidenti İsraili təhlükəli infeksiya ilə müqayisə edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad yenidən İsrailin əleyhinə tənqidi çıxış edərək, sionizmi təhlükəli infeksiya ilə müqayisə etmişdir. M.Əhmədinejad Suriya prezidenti Bəşir Əsədlə Dəməşqdə keçirdiyi mətbuat konfransı zamanı demişdir: "Sionist təcavüzkarlar dağıdıcı mikroblara bənzəyir. Sionizm özlüyündə ölüm yaymaqla təcavüzü, aqressiyanı ifadə edir."
İran prezidenti İsraillə mübarizədə fələstinlilərə kömək etməyə çağırdı və bir daha "HƏMAS" hərakatını dəstəklədiyini bildirdi. O öz çıxışında ABŞ ordusundan Əfqanıstan ərazisini tərk etməyi tələb etdi və bu regionda xarici ölkələrin köməyi olmadan dincliyi, siyasi və iqtisadi sistemi bərqərar etməyə çağırdı.
BMT-nin rasizm əleyhinə keçirdiyi konfransda M.Əhmədinejad danışarkən Avropa Parlamentinin deputatları zalı tərk etmişdi. ABŞ və İsrail isə konfransda iştirak etməkdən imtina etmişdi. O vaxt İran prezidentini dinləmədikləri üçün o öz mülahizələrini Suriyada formalaşdırmağı lazım bilmişdi.

Digər xəbərlər