PDF Oxu

Dünya

  • 10

Gürcüstanda NATO-nun hərbi təlimləri başlayıb

Gürcüstanda NATO-nun hərbi təlimləri başlayıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstanda NATO bayrağı altında "Sülh naminə əməkdaşlıq" proqramı dairəsində hərbi təlimlər keçirilməyə başlamışdır. İştirakçıların əksəriyyəti dislokasiya yerinə gəldiyi üçün təlimlər planda nəzərdə tutulduğu qaydada başlanmışdır.
Təlimlər iki mərhələyə ayrılaraq keçiriləcəkdir. Birinci mərhələ 6 may-1 iyun arasında "Vaziani" hərbi bazasında keçiriləcəkdir. Təlimlərin birinci fazası komanda-qərargah, ikincisi isə məxfi təlimlər formasında keçiriləcəkdir.
"Sülh naminə əməkdaşlıq" dairəsində keçirilən hərbi təlimlərdə 27 NATO ölkəsi və alyansa daxil olmayan 20 ölkə hərbçiləri iştirak edir. İlkin mərhələdə Gürcüstan ərazisində keçiriləcək təlimlərdə 19 ölkə iştirak edəcəkdi. Ancaq sonralar Latviya, Estoniya, Qazaxıstan, Moldova, Serbiya və Ermənistan təlimlərdə iştirak etməkdən imtina etdi. Mayın 6-da İsveçrə də təlimdə iştirak etməyənlərə qoşuldu.
Rusiya Gürcüstanda hərbi təlimlərin keçirilməsinin əleyhinə çıxır və bu mülahizəsini belə əsaslandırır ki, təlimlər regionda vəziyyətin gərginləşməsi ilə nəticələnir.

Digər xəbərlər