PDF Oxu

Dünya

  • 6

Türkiyədə qanlı qətl törədilib

Türkiyədə qanlı qətl törədilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyənin Mardin şəhərinin Bilgə kəndində toy mərasimi zamanı naməlum şəxslər avtomat silahlardan atəş açaraq, 45 nəfərin həyatına son qoymuşlar. 6 nəfər ağır yaralanmışdır. Məlumatı ölkənin kütləvi informasiya vasitələrinə Türkiyənin xarici işlər  naziri Besir Atalay ötürmüşdür.
Hücumun dəqiq səbəbi məlum deyil. Mardin əyalətinin qubernator müavini Fərhad Özenin dediyinə görə, hücum qan düşməni olan müxtəlif qruplaşmalar arasında yaranmış narazılıq zəminində baş vermişdir. Mardin meri Mehmet Besir Ayanoğlunun "Khannel 24" telekanalına verdiyi məlumata görə, ölənlərin meyitləri altında gizlənən iki qız salamat qalmışdır. Onların verdikləri ifadəyə görə, toyun qızğın çağında üzləri maskalı iki silahlı adam zala daxil olub adamları güllələmişdir. Digər şahidlər isə banditlərin dörd nəfər olduğunu bildirirlər.
İlkin məlumata görə, Türkiyə polisi toy mərasiminə basqın edən 8 nəfər şübhəli şəxsi saxlamışdır.

Digər xəbərlər