PDF Oxu

Dünya

  • 14

Yerevanda millətçi partiyanın sədri döyülüb

Yerevanda millətçi partiyanın sədri döyülüb
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Yerevanda millətçi Erməni-Ari Ordeni Partiyasının sədri Armen Avetisyan döyülmüşdür. Mayın 4-də onu huşsuz vəziyyətdə Yerevan xəstəxanalarından birinə gətirmişlər. Onun başında müxtəlif zədələr aşkar edilmiş, əl-ayağı ciddi surətdə xəsarət almış, döş qəfəsi əzilmiş və beyninə qan sızmışdı.
Millətçi partiya nümayəndələrinin dediklərinə görə, Yerevan hökuməti baş verən hadisəni avtomobil qəzası kimi şərh edir. A.Avetisyanın həmkarları hadisənin bu cür şərhinə etirazlarını bildirirlər. Onlar Ermənistan prezidenti Serj Sarkisyana və gündəlik "Lusantsk" ictimai-siyasi məcmuəyə müraciət etmişlər.
Xatırladırıq ki, 2005-ci ildə A.Avetisyan millətçilik ideyalarına görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Digər xəbərlər