PDF Oxu

Dünya

  • 9

Panamada prezident seçkilərində multimilyonçu qalib gəlib

Panamada prezident seçkilərində multimilyonçu qalib gəlib
"La Prensa" yerli nəşrin məlumatına görə, mayın 3-də Panamada keçirilən prezident seçkilərində mühafizəkar mövqeli siyasətçi olan multimilyonçu Rikardo Martinelli qalib gəlməkdədir.
Panama MSK-sının ilkin məlumatına görə, seçicilərin 43,68 faizi R.Martinelliyə səs vermişlər. Təsdiq olunmuşdur ki, R.Martinelliyə 449917 seçici bülletini ilə səs verilmişdir.
İqtidarda olan hakimiyyət dairələrinin namizədi Balbina Errera milyonçu rəqibindən iki dəfə az seçici səsi qazanmışdır. MSK başçısı Erasmo Pinillanın dediyinə görə, hazırda R.Martinellini "prezident seçkilərinin qeyd-şərtsiz qalibi adlandırmaq olar."
57 yaşlı R.Martinelli Panamanın "Super 99" supermarketlər şəbəkəsinin ən böyüklərindən birinin sahibkarıdır. Bundan başqa o, əlavə 8 nəhəng müəssisənin Direktorlar Şurasının üzvüdür. O, 2004-cü ildə Panama prezidentliyə namizədliyini irəli sürsə də, hazırda hakimiyyət başında olan Martin Torrixosa məğlub olmuşdu.

Digər xəbərlər