PDF Oxu

Dünya

  • 11

Qvatemalada 6,1 bal gücündə zəlzələ olub

Qvatemalada 6,1 bal gücündə zəlzələ olub
"Frans Press" informasiya agentliyinin ABŞ-ın geoloji xidmətinin məlumatına əsaslanaraq, yaydığı məlumata görə, Qvatemalada Rixter şkalası üzrə 6,1 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələnin episentri paytaxtın 86 kilometrliyində olmuşdur. Yeraltı təkanlar yerli vaxtla saat 10.21-də qeydə alınmışdır. Zəlzələ yerin 104 kilometr dərinliyində  baş vermişdir. Ən güclü yeraltı təkanlar  Suçitepekes, Sololada və paytaxda qeydə alınmışdır.
Zəlzələ nəticəsində bir neçə bina zədələnmişdir. Üzərinə televizor düşən  körpə uşaq isə həlak olmuşdur. Vulkanologiya, seysmologiya, metorologiya və hidrologiya milli institutunun başçısı Eddi Sançesinin dediyinə görə, zəlzələnin törətdiyi fəsadlar haqqında dərin məlumat bir müddət sonra əldə ediləcəkdir.

Digər xəbərlər