PDF Oxu

Dünya

  • 16

NATO Rusiyanı Gürcüstanla atəşkəs rejimi razılaşmasını pozmaqda ittiham edib

NATO Rusiyanı Gürcüstanla atəşkəs rejimi razılaşmasını pozmaqda ittiham edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, NATO-nun nümayəndəsi Ceyms Appaturay belə bir bəyanat vermişdi ki, Avropa Birliyinin iştirakı ilə Rusiyanın 2008-ci il 8 sentyabr və 12 avqustda Gürcüstanla imzaladığı atəşkəs rejimi razılaşması Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə birgə həmin ölkələrin dövlət sərhədlərinin qorunması haqda bağladığı ikitərəfli razılaşma bir-birilə ziddiyyət təşkil edir.
NATO-nun narazı qaldığı sənəd aprelin 30-da Moskvada imzalanmışdır. Sənədi Rusiya prezidenti Dmitri Medvedev, Abxaziya prezidenti Sergey Baqapş və Cənubi Osetiya prezidenti Eduard Kokoytı imzalamışlar. Sənədin imzalanması Abxaziya və Cənubi Osetiyada yaradılacaq sərhəd idarə üsuluna Rusiya nəzarət edəcəkdir. Rusiya Federal Xidmət Bürosu, Abxaziya Təhlükəsizlik Xidməti və Cənubi Osetiya DTK-sı arasında əməkdaşlıq sənədi də imzalanmışdır.
Rusiya prezidentinin verdiyi məlumata görə, yaxın vaxtlarda Rusiya, Abxaziya və Cənubi Osetiyanın hüquqi münasibətlərini daha da möhkəmləndirmək üçün 30-a yaxın əlavə sənəd imzalanacaqdır. S.Baqapş və E.Kokoytı qeyd etmişlər ki, Moskva ilə razılaşmanın əldə edilməsi Rusiyanın hər iki respublikanı tanımasına işarədir.

Digər xəbərlər