PDF Oxu

Dünya

  • 10

İqtidar partiyası Bakiyevin prezidentliyə namizədliyini irəli sürüb

İqtidar partiyası Bakiyevin prezidentliyə namizədliyini irəli sürüb
"AKİ Press" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstanın "Ak jol" iqtidar partiyası mayın 1-də ölkə prezidenti Kurmanbek Bakiyevin ikinci müddətə prezidentliyə namizədliyini irəli sürmüşdür. Qırğızıstanda prezident seçkiləri iyulda keçiriləcəkdir.
K.Bakiyev öz çıxışında bildirmişdir ki, namizədliyinin ikinci prezidentlik müddətinə irəli sürülməsinə razılıq verir. Əvvəllər o, "Ak jol" partiyasını "prezident postu uğrunda namuslu mübarizə aparan partiya" kimi xarakterizə etmişdi. K.Bakiyev əvvəllər bir neçə dəfə bəyan etmişdi ki, konstitusiya hüququndan istifadə edib ikinci müddətə prezident seçkilərinə getmək niyyətindədir.
Xatırladırıq ki, K.Bakiyev Qırğızıstanda hakimiyyətə 2005-ci ildə "zambaq inqilabı" nəticəsində gəlmişdi. İnqilab nəticəsində Əsgər Akayev hakmiyyətdən uzaqlaşdırılmışdır. "Ak jol" partiyası 2007-ci ildə parlament seçkilərindən bir qədər əvvəl yaradılmışdır. Bu partiya seçkidə deputat yerlərinin əksəriyyətini qazanmışdı.
23 iyulda prezident seçkilərinin keçirilməsi martın axırlarında parlament yığıncağında təsdiq edilmişdi. Ötən vaxt ərzində Qırğızıstanda bir neçə konstitusiya dəyişikliyi baş vermişdi.

Digər xəbərlər