PDF Oxu

Dünya

  • 9

Rusiya və NATO qırılmış əlaqələri bərpa edib

Rusiya və NATO qırılmış əlaqələri bərpa edib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Beliçkanın paytaxtında Gürcüstan və Cənubi Osetiya konfliktindən sonra, Rusiya Şurası və NATO-nun ilk yığıncağı keçirilmişdir. Görüş səfirlər səviyyəsində keçirilir. Görüşdə Rusiya nümayəndələrinə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin başçılıq edir.
İkitərəfli müqaviləni 8 ay əvvəl Rusiya yarımçıq dayandırmışdır. Rusiya başlıca günahı Gürcüstanın Cənubi Osetiyaya hücumunu dəstəkləyən NATO-da görmüşdü. NATO isə Moskvanın Cənubi Osetiyada Rusiya vətəndaşlarını müdafiə etməsinə inamsızlıqla yanaşdığını bəyan etmişdi.
Brüsseldə keçirilən görüş mayın 19-da Rusiya Şurası-NATO-nun xarici işlər nazirlikləri səviyyəsində keçiriləcək görüşün ilkin mərhələsi hesab edilir. NATO-nun baş katibi Yaap de Hoop Sxefer ikitərəfli əlaqələrin bərpa edilməsi ilə əlaqədar demişdir ki, Rusiya elə bir vacib oyunçudur ki, Qərbin hərbi alyansı qlobal məsələlərin həllində onunla birlikdə işləməlidir.
Siyasi əlaqələrin bərpa edilməsinə baxmayaraq, ikitərəfli münasibətlər əvvəlki yüksək səviyyəsinə çatmamışdır. Bir müddət əvvəl D.Roqozin demişdir ki, əgər NATO Gürcüstandakı hərbi təlimləri dayandırmasa, Rusiya-NATO baş qərargah rəislərinin 7 mayda keçiriləcəyi nəzərdə tutulan görüş təxirə salınacaqdır.
NATO isə bəyan edir ki, 6 may-1 iyun arasında Gürcüstanda keçiriləcəyi nəzərdə tutulan hərbi təlimlər zamanı silahlardan və hərbi texnikadan istifadə edilməyəcəkdir.

Digər xəbərlər