PDF Oxu

Dünya

  • 9

Meksikanın Səhiyyə Nazirliyi donuz qripindən ölənlərin sayını dəqiqləşdirib

Meksikanın Səhiyyə Nazirliyi donuz qripindən ölənlərin sayını dəqiqləşdirib
"Frans Press" informasiya agentliyinin aprelin 29-da yaydığı məlumata görə, Meksikanın Səhiyyə Nazirliyi donuz qripi adlanan xəstəlikdən ölənlərin sayını müəyyənləşdirmişdir. Meksikanın səhiyyə naziri Xose Anxel Kordovanın dediyinə görə, hazırda donuz qripindən ölənlərin sayı 159 nəfərə çatmışdır. Meksika xəstəxanalarında donuz qripi siptomları ilə 1311 nəfər müalicə olunmaqdadır. Xəstələrin diaqnozlarını dəqiqləşdirmək üçün bioloji materialların nümunələri yalnız Meksika laboratoriyalarında yox, həm də ABŞ və Kanadanın xüsusi mərkəzlərinin laboratoriyalarında yoxlanılır.
Xatırladırıq ki, Meksikada donuz qripi epidemiyası aprelin ortalarında yayılmağa başlamışdır. Hazırda xəstəlik ölkənin 10 ştatını bürümüşdür. Hakimiyyət dairələri virusun yayılmasının qarşısını almaq üçün məktəbləri, muzeyləri və idman komplekslərini müvəqqəti bağlamışlar.

Digər xəbərlər