PDF Oxu

Dünya

  • 9

Rusiya gəmisi Somali dəniz quldurlarını tutub

Rusiya gəmisi Somali dəniz quldurlarını tutub
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 28-də Rusiyaya məxsus "Admiral Panteleyev" sualtı qayıq əleyhinə böyük gəmi Somali sahillərində dəniz quldurlarına məxsus bir gəmini ələ keçirmişdir. Quldurların gəmisi sahildən təxminən 15 mil kənarda saxlanmışdır. Quldurların gəmisi yoxlanarkən orada yeddi ədəd "Kalaşnikov" avtomatı, müxtəlif tipli tapançalar, gəmilərin bortuna qalxmaq üçün alüminium nərdivanlar və digər əşyalar aşkar edilmişdir.
Quldur gəmisində 29 nəfər olmuşdur. Belə ehtimal olunur ki, aprelin 27-də Rusiyanın "NS Kommander" tankerinə onlar hücum etmişlər. Xatırladırıq ki, Hind okeanında Sokotra adasının 120 mil şərq hissəsində dəniz quldurları Rusiya tankerinə yaxınlaşmış və onu atəşə tutmuşlar.  Bortunda 23 gəmi heyəti olan tanker yanğınsöndürmə zamanı istifadə olunan şlanqları  quldurlara tuşlamaqla hadisə yeridən uzaqlaşmağa müvvəfəq olmuşdur. Bundan sonra tanker Sinqapura doğru kursunu davam etdirmişdi.
Hazırda Somali dəniz quldurlarının əlində 16-ya yaxın gəmi və 270 nəfərə yaxın dənizçi var.

Digər xəbərlər