PDF Oxu

Dünya

  • 14

Baltikyanı ölkələr Skandinaviya ilə energetik şəbəkəni birləşdirməyə razılıq veriblər

Baltikyanı ölkələr Skandinaviya ilə energetik şəbəkəni birləşdirməyə razılıq veriblər
"DELFİ" internet-nəşrinin məlumatına görə, Latviya, Litva və Estoniyanın baş nazirləri Valdis Domrovskis, Adryus Kubliyus və Andrus Ansip aprelin 27-də Vlnüsdəki görüşləri zamanı Baltikyanı ölkələrin və Skandinaviyanın energetik şəbəkələrini birləşdirməklə 2013-cü ilə qədər vahid energetik bazarın yaranması haqda birgə deklarasiya imzalamışlar. Bu vahid bazar xətti Baltik dənizinin dibi ilə aparılacaqdır. "Svedlink" layihəsi Litva və İsveçi, "Estlink 2" layihəsi isə Estoniya və Finlandiyanı birləşdirəcəkdir. İlkin məlumata görə, birinci layihənin gerçəkləşdirilməsi üçün 700-1000 meqavatt enerji kütləsi lazım olacaqdır ki, bunun üçün yeddi ilə yaxın işləmək lazım gələcəkdir. Layihə işləri 2010-cu ildə başlayacaqdır. Hər iki layihənin ümumi dəyəri 180 milyon avro məbləğində olacaqdır. Avropa Birliyi bu layihənin gerçəkləşdirilməsi üçün 175 milyon avro məbləğində maliyyə yardımı ayırmışdır.

Digər xəbərlər