PDF Oxu

Dünya

  • 11

Venesuela öz səfirini Perudan geri çağırıb

Venesuela öz səfirini Perudan geri çağırıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela hökuməti etiraz əlaməti olaraq, öz səfirini Perudan geri çağırmışdır. Məlum olduğu kimi, Peru hökuməti Venesuela müxalifətinin lideri Manuel Rosalesə siyasi sığınacaq vermişdir. Venesuelanın xarici işlər nazirinin dediyinə görə, Perunun bu qərarı beynəlxalq qanunlara etina etmədiyini sübut edir. Bununla əlaqədar Karakas bu ölkə ilə öz diplomatik münasibətlərini yenidən nəzərdən keçirmək fikrindədir.
Manuel Rosalesin öz ailəsi ilə birgə Peruya qaçması aprelin 21-də məlum olmuşdur. İnterpol onun həbs edilməsi üçün aprelin 27-də order vermişdir. Perunun xarici işlər naziri Xose Antonino Qarsiya Belaundun verdiyi bəyanata görə, M.Rosalesə siyasi sığınacaq verilmişdir. M.Rosales Peruda qalıb Venesuela prezidenti Uqo Çavesin diktaturasına qarşı mübarizə aparacağını bildirmişdir.
M.Rosales 2006-ci il prezident seçkilərində Uqo Çaveslə birlikdə öz namizədliyini irəli sürmüşdü. Ancaq hökumət tezliklə onu korrupsiyada ittiham edib siyasi proseslərdən uzaqlaşdırmışdır. Guya M.Rosales 2006-cı ildə Suliya ştatında qubernator işləyərkən hakimiyyətindən sui-istifadə etmişdir. Bununla əlaqədar 2008-ci ildə müxalifət lideri əleyhinə cinayət işi qaldırılmışdır.

Digər xəbərlər