PDF Oxu

Dünya

  • 7

“Tamil pələngləri” Lodonda mitinq keçirib

“Tamil pələngləri” Lodonda mitinq keçirib
"Assoşieyted Press" informasiya agentliyinin aprelin 27-də yaydığı məlumata görə, "Tamil pələngləri"nin nümayəndələri Londonda Şri-Lanki və Hindistan nümayəndəliklərinə hücum edib, binalara müəyyən zərər vurmuşlar. Etiraz aksiyasında 400 nəfərə yaxın "Tamil pələngləri" tərəfdarları iştirak etmişdir. Nümayişçilər hər iki binanın pəncərələrini sındırdıqdan sonra polis 6 nəfəri həbs etmişdir.
Şri-Lankinin Tamil separatçılarını dəstəkləyən yüzlərlə nümayişçi apreldə Böyük Britaniya, Fransa, Almaniya, ABŞ və Kanadada etiraz mitinqləri keçirmişlər. Nümayişçilər, əsasən, dinc xarakter daşısa da, bəzi hallarda onlar özlərini aqressiv aparmışlar.
Şri-Lanki hökuməti "Tamil-İlam azadlıq pələngləri" təşkilatının üsyançı döyüşçüləri əleyhinə genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirmişdir. BMT-nin məlumatına görə, döyüş zonalarında bilavasitə 50 min nəfərə yaxın dinc etnik Tamil əhalisi qalmışdır. 2009-cu ildən etibarən Şri-Lankidə 6,5 min mülkü şəxs həlak olmuş, 14 min nəfər yaralanmışdır. 1973-cü ildən adanın müstəqilliyi uğrunda mübarizə aparan "Tamil pələngləri"nə sarsıdıcı zərbə endirilmişdir. Hökumət qoşunları onları bütün məntəqələrdən çıxarıb kiçik sahəyə sıxışdırmışlar.

Digər xəbərlər