PDF Oxu

Dünya

  • 13

Barak Obamanın prezident postunda 100 günü başa çatıb

Barak Obamanın prezident postunda 100 günü başa çatıb
ABŞ prezidenti Barak Obamanın prezident postunda oturduğu vaxtdan 100 gün keçmişdir. Onun prezident postunda başa vurduğu 100 günlük müddət əvvəlki üç həmkarına nisbətən daha yüksək reytinq qazanmışdır. "Dailu Teleqraf" Britaniya qəzetinin keçirdiyi sosioloji rəy sorğularının nəticələrinə görə, amerikalıların 63-69 faizi B.Obamanın yürütdüyü siyasətdən razıdır. 
Sosioloqlar xatırladırlar ki, böyük Corc Buş, Bill Klinton və kiçik Corc Buş, müvafiq olaraq, 58, 55 və 56 faiz reytinqə malik olmuşlar. Cimmi Karterin ilk 100 günlük müddətinin nəticəsi 63 faiz, Ronald Reyqanın 100 günlük reytinqi isə 67 faiz olmuşdur.
"Vaşinqton Post" və "ABC Nyus"un keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Barak Obamanın işindən ABŞ əhalisinin 69 faizi  razılıq etmişdir.
B.Obamanın  100 günlük müddəti aprelin 29-da başa çatır.

Digər xəbərlər