PDF Oxu

Dünya

  • 10

Rusiya gəmiləri Ədən körfəzinə yaxınlaşıb

Rusiya gəmiləri Ədən körfəzinə yaxınlaşıb
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 20-də Rusiyanın Sakit okean donanmasına məxsus gəmiləri Somali dəniz quldurları ilə mübarizə aparmaq məsədilə Ədən körfəzinə girmişdir.
"Admiral Panteleyev" kreyseri, "SB-37" buksiri, "İjora" və "İrkut" tankerləri martın 29-da Vladivostok limanından çıxmışlar. "Admiral Panteleyev"in tərkibində sualtı qayıq əleyhinə "Rastrub" torpedo raketi, "Kinjal" havadan müdafiə əleyhinə kompleksi, "AK-100" və "AK-630 M" artilleriya silahı, 533 millimetrlik torpedo və RBU-6000 bomba-raket qurğusu yerləşir. Dəstənin tərkibinə dənizçi piyadalar hissəsi və iki vertolyot daxildir.

Digər xəbərlər