PDF Oxu

Dünya

  • 11

Roksana Saveri aclıq elan edib

Roksana Saveri aclıq elan edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş İran jurnalisti Roksana Saveri  aclıq elan etmişdir. Atasının dediyinə görə, o, son beş gün ərzində heç nə yeməmişdir.
R.Saveri 2009-cu ilin yanvarında İranda spirtli içkiləri satın aldığı üçün təqsirli bilinmişdir. Daha sonra onu akkreditasiya müddətini uzatmadan işləməkdə, daha sonra isə ABŞ-ın xeyrinə casusluqda ittiham etmişlər. 2009-cu ilin aprelində R.Saveri 8 il müddətində azadlıqdan məhrum edilmişdir. Agentliyin dediyinə görə, aprelin 25-də jurnalistin vəkili apellyasiya məhkəməsinə müraciət etmişdir.
R.Saveri ABŞ-da İran vətəndaşı və yapon qadınının ailəsində anadan olmuşdur. 2003-cü ildə o, İrana gəlib jurnalist karyerasına başlamışdır.

Digər xəbərlər