PDF Oxu

Dünya

  • 7

Tailandın baş naziri Banqkokda fövqəladə rejimi ləğv edib

Tailandın baş naziri Banqkokda fövqəladə rejimi ləğv edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 24-də Tailandın baş naziri Apxisit Vetçaçiva Banqkokda elan edilmiş fövqalədə rejimi ləğv etmişdir. Nazirlər kabinetinin başçısı belə hesab edir ki, fövqalədə rejimin ləğvi ölkədə siyasi vəziyyətin normallaşmasına xidmət edəcəkdir. Baş nazirin dediyinə görə, Tailand hökuməti ölkədaxili siyasi konfliktin sülh yolu ilə nizamlanmasına çalışır.
Banqkokda fövqalədə vəziyyət  aprelin 12-də tətbiq edilmişdir. Bu cür addım atmağın səbəbi ölkənin keçmiş baş naziri Taksin Çinavatın tərəfdarlarının kütləvi nümayişlər keçirməsi olmuşdur. Məlum olduğu  kimi, T.Çinavat hökuməti 2006-cı ildə hərbi çevriliş nəticəsində devrilmişdir.
Aprelin 10-da etiraz aksiyası keçirənlər Pattayedə keçirilən ASEAN sammitinin keçirilməsinə mane olmuşlar.  Hücum edərək binaya soxulmuş mitinqçilər siyasətçiləri otaqların küncünə sıxışdırmışlar. Hökumət onları vertolyotlarla evaukasiya etməyə məcbur olmuşdur. Bundan sonra nümayişçilər daxili işlər nazirliyinin binasına soxulmaq və hökumət iqamətgahını ələ keçirmək istəyirdilər.
Banqkokda fövqalədə vəziyyət elan edildikdən sonra paytaxta hökumət qoşunları yeridildi və nümayişçilərə qarşı odlu silahdan istifadə edildi. Nümayişçilərin bir çoxu güllə yarası aldı. İki mitinq iştirakçısı öldürüldü. Polis və hərbi qulluqçular da daxil olmaqla, ümumilikdə, 100 nəfərdən çox nümayişçi bədən xəsarəti aldı.
Aprelin 13-də A.Vetçaçiva vəziyyətin nəzarət altında olduğunu bəyan etdi. Müxalifətçilər itki verməmək üçün geri çəkildilər.  Tailand məhkəməsi mühacirətdə olan Tanksin Çinavat da daxil olmaqla 14 müxalifət liderinin həbsinə sanksiya verdi.

Digər xəbərlər