PDF Oxu

Dünya

  • 12

Somali 250 milyon dollar beynəlxalq yardım alacaq

Somali 250 milyon dollar beynəlxalq yardım alacaq
"Frans Press" inofrmasiya agentliyinin yaydığı məlumata görə, praktik olaraq, vətəndaş müharibəsinin 20 il ərzində davam etdiyi Somaliyə beynəlxalq yardımın miqdarı 250 milyon dollar məbləğinə çatacaqdır. Bu haqda ilk bəyanatı Büresseldə işə başlamış konfransda Avropa Birliyinin humanitar məsələlər üzrə komissiyasının başçısı Lui Mişel vermişdir.
Beynəlxalq konfrans BMT, Afrika Birliyi, Ərəb Ölkələri Liqası və Avropa Birliyinin bayrağı altında keçirilir. Konfrans iştirakçıları Somali hökumətinə yardım etmək, burada işsizlərin sayının azalmasına mane olmaq və digər  məsələləri müzakirə edirlər. İlkin məlumata görə, Somaliyə 165 milyon dollar məbləğində maliyyə yardımı ediləcəkdir.
"Röyter" agentliyinin məlumatına görə, Avropa Birliyi Somalinin təhlükəsizlik qüvvələrinə  və bu ölkədə fəaliyyət göstərən Afrika Birliyi sülhməramlılarına yardım etmək üçün 77 milyon avro ayıracaqdır. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo belə bir bəyanat vermişdir ki, Somalinin problemləri, xüsusən, dəniz quldurluğunun  miqyasının təhlükəli dərəcədə artdığı bir vaxtda, istisinasız olaraq,  güc tətbiq etməklə həll edilməməlidir.
Hazırda Somalidə mərkəzləşdirilmiş vahid dövlət quruluşu mövcud deyildir. Ölkənin müxtəlif ərazilərinə müxtəlif döyüş dəstələri başçılıq edən və hər biri özünü müstəqil dövət hesab edir.

Digər xəbərlər