PDF Oxu

Dünya

  • 12

İraqda terror aktı nəticəsində 60 nəfər həlak olub

İraqda terror aktı nəticəsində 60 nəfər həlak olub
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 23-də İraqda baş vermiş terror aktı nəticəsində ən azı 60 nəfər həlak olmuşdur. Aprelin 23-də üzərinə patlayıcı qurğu bərkidilmiş kamikadze Bağdad əhalisinə humanitar yardım paylayan bir qrup polis əməkdaşına yaxınlaşmış və partlayıcı qurğunu işə salmışdır. Nəticədə 28 nəfər həlak olmuş, 50 nəfər yaralanmışdır.
İkinci terror aktı Bağdadın 80 kilometrliyində yerləşən Muktadiyyə şəhərindəki restoranlardan birində baş vermişdir. Terrorçu-kamikadze restoranda xörək yeyən İranın şiə ziyarətçilərinin içərisinə girib partlayıcı qurğunu işə salmışdır. Nəticədə 32 nəfər həlak olmuşdur.
İraqın hakimiyyət dairələrinin fikrincə, hər iki terror aktı "Əl -Kaidə" terrorçuluq şəbəkəsi tərəfindən təşkil edilmişdir.

Digər xəbərlər