PDF Oxu

Dünya

  • 10

Mühakimə olunan İran jurnalistinin vəkili Nobel mükafatı laureatı olacaq

Mühakimə olunan İran jurnalistinin vəkili Nobel mükafatı laureatı olacaq
"Sku Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, İranın məşhur hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadi ABŞ-a casusluq etməkdə ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilən jurnalist Roksana Saberinin vəkili qismində hüquqlarını müdafiə edəcəkdir.
Ş.Ebadi R.Saberinin ittihamını qeyri-qanuni, ona çıxarılan hökmün isə İran konstitusiyası ilə ziddiyyət təşkil etdiyini bildirmişdir. Hüquq müdafiəçisi yuxarı instansiyalara ittiham əleyhinə şikayət ünvanlayacağın bildirmişdir.
R.Saberi 2009-cu ilin yanvarında həbs edilmişdir. Onu jurnalistlik fəaliyyətini davam etdirməklə Qərb telekanalarına reportajlar hazırlamaqda ittiham etmişlər. Ancaq R.Saberinin jurnalist vəsiqəsinin müddəti 2006-cı ildə başa çatmışdır. O, İran və ABŞ vətəndaşıdır. İranın hakimiyyət dairələrindən jurnalisti təxirə salınmadan azadlığa buraxmağı tələb etmişlər.
Şirin Ebadi Nobel sülh mükafatını 2003-cü ildə almışdır. O, İranda ilk qadın hakimlərindən biri olmuşdur. Sonralar o, vəkillik fəaliyyətinə başlamışdır. 2008-ci ildə İran hökuməti Ş.Ebadinin müdafiə mərkəzini bağlamışlar.

Digər xəbərlər