PDF Oxu

Dünya

  • 10

Çexiya senatoru Lukaşenkonun təyyarədən enməsinə etirazını bildirir

Çexiya senatoru Lukaşenkonun təyyarədən enməsinə etirazını bildirir
Çexiya senatoru Vlastimil Seqnal Belorus prezidenti Aleksandr Lukaşenkonun Avropa Birliyinin Praqada keçirdiyi sammitdə iştirakına öz etirazını bildirmişdir. V.Seqnal belə hesab edir ki, A.Lukaşenko Çexiya paytaxtına gələcəyi təqdirdə, onun hərəkətini məhdudlaşdırmaq lazımdır. "Biz, sadəcə olaraq, onun təyyarədən düşməsinə imkan verməməliyik" deyə senator bildirmişdir.
V.Seqnal Çexiya parlament komissiyasının rəhbəri vəzifəsini daşıyır. Onun dediyinə görə, Belorus hökuməti Avropa Birliyinin heç bir tələbini yerinə yetirməmişdir. V.Seqnal Minskdə müxalifətçilərin təqib edilməkdə olduqlarından narahatlığını ifadə etmişdir. "Hələlik, Lukaşenkonun Praqa küçələrində gəzmək vaxtı çatmamışdır" deyə senator bildirmişdir.
Xatırladırıq ki, Avropa Birliyi Praqada öz sammitini mayın 7-də keçirəcəkdir. Belorus prezidentinə dəvətnaməni Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq təqdim etmişdir. Sammitdə "Şərq əməkdaşlığı" Avropa proqramı müzakirə ediləcəkdir.

Digər xəbərlər