PDF Oxu

Dünya

  • 9

Hindistan maoçuları 700 nəfərlik sərnişin qatarını ələ keçiriblər

Hindistan maoçuları 700 nəfərlik sərnişin qatarını ələ keçiriblər
"Tayms of İndia" qəzetinin yazdığına görə, Hindistanın şərqində yerləşən Carkhand ştatında yerli maoçular içərisində 700-800-dək sərnişin olan sərnişin qatarını ələ keçirmişlər. İlkin məlumata görə, 200 nəfərədək maoçu qatarı Latehar stansiyasında saxlamışlar. Polisin məlumatına görə, girovları heç bir təhlükə gözləmir.
Hadisə yerinə dəmiryolu mühafizə qüvvələrinin dörd vertoloyotu göndərilmişdir. Daha bir neçə əlavə qüvvələrin gəldiyini görən silahlılar girovları azadlığa buraxmışlar.
Maoçuların dəmiryol  vaqonlarına hücumunun səbəbi Hindistanda keçirilən parlament seçkilərinin ikinci turunun qarşısını almaqdır. Silahlılar Caharkhadla qonşu olan Bihar ştatında bir neçə terror aktı törətmişlər. Onlar bir yük maşınının sürücüsünü öldürmüş, bir neçə avtomobili yandırmış və kənd yerli idarəsində partlayış törətmişlər.
Hindistanda parlament seçkiləri aprelin 16-da başlamışdır. Səsvermə məntəqələrində 700 milyondan çox seçicinin iştirak edəcəyi bildirilir. Seçkinin nəticələri mayın 16-da məlum olacaqdır. Maoçular yerli naksalit qruplaşmasına daxildirlər və hakimiyyət orqanları ilə 30 ildir ki, mübarizə aparırlar. Əsasən, kənd rayonlarında fəaliyyət göstərən naksalitlər yoxsul və ortabab kəndlilərin torpaq alması uğrunda mübarizə aparırlar.

Digər xəbərlər